Qubadlı rayonunun Xanlıq kəndinin təməli qoyulub - FOTO
Qubadlı rayonunun Xanlıq kəndinin təməli qoyulub - FOTO

Qubadlı rayonunun Xanlıq kəndinin təməli qoyulub – FOTO

Qubadlı rayonunun Xanlıq kəndinin təməli qoyulub – FOTO
Mayın 4-də Qubadlı rayonunun Xanlıq kəndinin təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, kənd Qubadlı rayonunun mərkəzindən 16 kilometr məsafədə, Həkəri çayının sahilində yerləşir. Yaşayış məntəqəsinin layihələndirilən ərazisi elə Xanlıq kəndinin köhnə ərazisini əhatə edir və ümumi sahəsi 273 hektardan çoxdur.
Qeyd edildi ki, birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur. İnşa ediləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Perspektivdə Xanlıq kəndində 4 mindən çox sakinin (1024 ailə) məskunlaşdırılması planlaşdırılıb.
Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Həmçinin inzibati bina, məktəb, uşaq bağçası, ailə sağlamlıq, klub icma və idman sağlamlıq mərkəzləri fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev Xanlıq kəndinin təməlini qoydu.

Sizinxeber.Az

Qubadlı rayonunun Xanlıq kəndinin təməli qoyulub – FOTO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!