Qrip olanlar oxusun
Qrip olanlar oxusun

Qrip olanlar oxusun

Mövsümü dəyişiklər zamanı insanların çoxunda depressiya, müxtəlif xəstəliklər, xüsusən də qrip müşahidə olunur. Temperaturun artması, immunitetin zəifləməsi, halsızlıq, iştahsızlıqla yanaşı burun axıntısı, öskürək də vəziyyəti çətinləşdirir.

Axşam.az ev şəraitində qripi sağaltmağının yollarını, xəstəlik müddətində nə ilə qidalanmalı olduğunuzu təqdim edir.

1. Qrip, öskürək və soyuqdəymə zamanı faydalı olan gəndalaş immunitet sistemini gücləndirir, soyuqdəyməni aradan qaldırır. Nanə ilə dəmlənərək istehlak etməyiniz tövsiyə olunur.

2. Zəncəfil və limon qarışımı soyuqdəyməyə, həmçinin yağlı yeməkdən sonra həzmə kömək edir. Boğazınızda ağrı, bədəninizdə halsızlıq hiss edirsinizsə, təzə rəndələnmiş zəncəfilə limon suyu və bal əlavə edərək istehlak edin.

3. Qara bibər tozu ilə hazırlanan çayla ağzınızı qarqara etməklə boğazdakı ağrı və infeksiyalardan qurtula bilərsiniz.

4. C vitamini ilə zəngin olan itburnu isə bədənin müqavimətini artırmağa kömək edir.

5. Cökə ağacının çiçəkləri iltihab əleyhinə və ağrı kəsici xüsusiyyətlərə malikdir. Soyuqdəymə hallarında boğazda qıcıqlanmanı azaltmağa və müalicəni sürətləndirməyə yardımçı olur.

6. Sarımsaq istehlak etməklə qanın antioksidant tutumunu artıra bilərsiniz ki, bu da immunitetinizi gücləndirəcəkdir.

Qida ilə yanaşı istirahət, bol maye qəbul etmək mütləqdir. Soyuqdəymə zamanı insanlar fərqində olmasalar da maye itirirlər. Bu səbəbdən balansı qorumağa çalışın. Belə ki, gündə ən az 2 litr su qəbul edən insanlarda soyuqdəymənin qripə çevrilmə hallarının daha az olunduğu müşahidə edilib.

Sizinxeber.Az

Qrip olanlar oxusun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!