Prezidentin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədləri kimi yayılıb
sizinxeber.az xəbər saytı

Prezidentin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədləri kimi yayılıb


BMT katibliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.

Sizinxeber.az xəbər verir ki, İcmanın bununla bağlı bəyanatında deyilir:

“Qərbi Azərbaycan məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəmdə saxlayan Prezident İlham Əliyevin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması insan hüquqları mövzusu olaraq Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin artırılmasında mühüm rol oynayır.

Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsinə beynəlxalq aləmin dəstəyinin əldə edilməsi istiqamətində səylərini davam etdirəcək. İcma Ermənistan hökumətindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər müvafiq beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq, Qərbi azərbaycanlıların öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir”.

Oxşar xəbərlər

İlham Əliyevin Qərbi Azərbaycanla bağlı konfransın iştirakçılarına müraciəti BMT TŞ və Baş Assambleyasının rəsmi sənədləri kimi yayılıb
BMT Azərbaycan Prezidentinin Qərbi Azərbaycana qayıdışla bağlı konfransa müraciətini rəsmi sənəd kimi yayıb
Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb
Prezident: Qərbi azərbaycanlıların qayıdışı reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaq
Prezident İlham Əliyev: Qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər