Vətən müharibəsində şəhid olmuş Cəlal Bayramov Saatlıda dəfn edilibSizinxeber.az – Azərbaycan Xəbərləri

20 Ocak 2021 - 10:29

Vətən müharibəsində şəhid olmuş Cəlal Bayramov Saatlıda dəfn edilib

Vətən müharibəsində şəhid olmuş Cəlal Bayramov Saatlıda dəfn edilib
ƏLAVƏ OLUNUB :

14 Yanvar 2021 - 14:01

Vətən müharibəsində şəhid olan Cəlal Bayramov Saatlıda dəfn olunub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonu Çolpu kənd sakini, 1994-cü il təvəllüdlü Bayramov Cəlal Yaqub oğlu 2020-ci il 29 sentyabrda Səfərbərlik Xidmətinin çağırışı ilə cəbhə bölgəsinə yollanıb. Oktyabrın 27-də Laçının Arpagədik kəndində ailəsi ilə danışıb və ondan sonra itkin düşüb.

Cəlal Bayramovun şəhid olduğu yanvarın 13-də ailəsinə xəbər verilib.

DNT analizi vasitəsi ilə nəşin Cəlal Bayramova məxsus olduğu identifikasiya edilib.

Şəhid Saatlının Çolpu kəndində dəfn olunub.

Allah rəhmət eləsin!

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.