Tarix yazanları tarix unutmur: Xüsusi təyinatlı döyüşçü Şəhriyar - VİDEOSizinxeber.az – Azərbaycan Xəbərləri

24 Ocak 2021 - 05:38

Tarix yazanları tarix unutmur: Xüsusi təyinatlı döyüşçü Şəhriyar – VİDEO

Tarix yazanları tarix unutmur: Xüsusi təyinatlı döyüşçü Şəhriyar – VİDEO
ƏLAVƏ OLUNUB :

20 Dekabr 2020 - 22:03

Tarix yazanları tarix unutmur: Xüsusi təyinatlı döyüşçü Şəhriyar – VİDEO
Daşkəsən rayonundan olan xüsusi təyinatlımız Şəhriyar Abdullayev Vətən müharibəsində silaha sarılan vətən oğullarından biri kimi tarixə qovuşdu. O öz ölümü ilə ən yüksək mərtəbəyə – şəhidlik zirvəsinə ucaldı.
Şəhidin atası Kamil Abdulllayev övladının uşaqlıqdan hərbi sahəyə həvəsi olduğunu deyir. Məhz bu həvəs xidmət dönəmindən sonra da onu hərb sahəsindən ayıra bilmədi, Kamil hərbi sahədə qalmaq qərarını verdi.
Vətən müharibəsinin ilk günlərində ölməz şəhidimiz xüsusi təyinatlı kimi döyüşlərin ən şiddətli vaxtında xidmət aparıb. Torpaqlarımızın işğaldan azad olunması üçün düşmənə qarşı amansız savaşıb. Hər dəfə ailə üzvləri ilə danışanda Xocalının qisasını alacaqlarını deyib. Elə də olub. Azərbaycan ordusu Xocalı faciəsi qurbanları ilə yanaşı, bütün şəhidlərimizin qisasını aldı.
Bu gün vətən oğlu əbədiyyətə qovuşub. Şəhriyarın özündən sonra bu xalqa əmənət kimi iki azyaşlı qız övladı qalıb.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.