Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildiSizinxeber.az – Azərbaycan Xəbərləri

27 Şubat 2021 - 12:29

Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi

Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi
ƏLAVƏ OLUNUB :

18 Yanvar 2021 - 16:57

Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi
Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Vüsal Məmmədovun bu gün övladı dünyaya gəlib. 
Bu barədə “Qafqazinfo”ya şəhidin yaxınları məlumat veriblər.
Məlumata görə, körpə oğlandır və sağlamlığı yerindədir: “Hələ cinsiyyəti məlum olanda atası adının Hüseyn olmasını istəmişdi. Onun arzusuna uyğun olaraq, uşağa Hüseyn adı verilib”.
Qeyd edək ki, 30 yaşlı şəhid Vüsal Qüdrət oğlu Məmmədov cəmi yeddi ay idi ki, ailə qurmuşdu. O, XTQ-nin tərkibində kəşfiyyatçı dalğıc vəzifəsində xidmət edib. Oktyabrın 12-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 
Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.