Şəhid Natiq Məmmədbəylinin ailəsi ilə görüşSizinxeber.az – Azərbaycan Xəbərləri

17 Ocak 2021 - 22:11

Şəhid Natiq Məmmədbəylinin ailəsi ilə görüş

Şəhid Natiq Məmmədbəylinin ailəsi ilə görüş
ƏLAVƏ OLUNUB :

29 Dekabr 2020 - 13:10

İki saylı Bakı DOST Mərkəzinin əməkdaşları Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdan, dövlət başçısının Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmiş Natiq Vahid oğlu Məmmədbəylinin ailəsində olublar.

“Qafqazinfo” xəbər verir ki, Natiqin döyüşlər zamanı, xüsusilə Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaətindən bəhs olunub. Onun və bütün şəhidlərimizin xatirəsinin həmişə qəlbimizdə yaşayacağı vurğulanıb.

Görüşdə şəhidin ailəsinə Prezidentin aylıq təqaüdünün təyin olunduğu bildirilib və mərkəzin direktoru Emin Namazəliyev şəhidin valideynlərinə təqaüd kartlarını təqdim edib. Şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri barədə də ailəyə məlumat verilib.

DOST mərkəzləri postmüharibə dövründə şəhid ailəsi üzvləri olan 300-ə yaxın şəxsə Prezidentin təqaüdünün, pensiya və müavinətin təyinatı, şəhid ailəsi üzvü vəsiqəsinin verilməsi və s. istiqamətlərdə xidmətlər göstərib.


YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.