Komandirini xilas etmək istərkən şəhid olan “Vətən uğrunda” medallı qəhrəmanımız - FOTOSizinxeber.az – Azərbaycan Xəbərləri

15 Ocak 2021 - 23:52

Komandirini xilas etmək istərkən şəhid olan “Vətən uğrunda” medallı qəhrəmanımız – FOTO

Komandirini xilas etmək istərkən şəhid olan “Vətən uğrunda” medallı qəhrəmanımız – FOTO
ƏLAVƏ OLUNUB :

20 Dekabr 2020 - 12:23

Komandirini xilas etmək istərkən şəhid olan “Vətən uğrunda” medallı qəhrəmanımız – FOTO
44 günlük Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhid olan əsgərlərimizdən biri də Abdullayev Nihat Adil oğludur.
Nihat Abdullayev 13 aprel 2002-ci ildə Ağstafa rayonunda anadan olub. 2008-ci ildə rayonun 1 saylı tam orta məktəbində 1-ci sinfə daxil olub.
O, 2020-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdə 6 ayı tamam olan Nihat müzəffər Azərbaycan Ordusunun tərkibində döyüşlərə qatılıb.
O, cəbhədə gedən qızğın döyüşlərdə qəhrəmancasına iştirak edib. Nihat noyabrın 8-də Xocavənd istiqamətində gedən döyüşlərdə yaralansa da, yenidən döyüşə qayıdıb və üç nəfər silah yoldaşına köməklik edib, komandirini xilas etməyə gedərkən minaya düşərək şəhid olub.
Qeyd edək ki, Nihat Abdullayevin əmisi də Birinci Qarabağ müharibəsində şəhid olub.
Nihat Abdullayev Noyabrın 11-də Ağstafa rayonunda dəfn olunub.
O, müharibədə göstəridiyi qəhrəmanlıqlara görə Preziden İlham Əliyevin imzaladığı Sərəncamla ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.