AzTV şəhid yaxınlarına və qazilərə müraciət etdi - FOTOSizinxeber.az – Azərbaycan Xəbərləri

21 Ocak 2021 - 09:25

AzTV şəhid yaxınlarına və qazilərə müraciət etdi – FOTO

AzTV şəhid yaxınlarına və qazilərə müraciət etdi – FOTO
ƏLAVƏ OLUNUB :

15 Dekabr 2020 - 14:51

AzTV şəhid yaxınlarına və qazilərə müraciət etdi – FOTO
Azərbaycan Televiziyası Vətən Müharibəsinin şəhidlərinin, qazilərin ailələrinə və onların yaxınlarına müraciət edib.
AzTV-dən verilən məlumata görə, telekanal Vətən Müharibəsi qəhrəmanlarından heç birinin diqqətdənkənar qalmamasına çalışır. Bunun üçün isə onların ailə və yaxınlarının köməyinə ehtiyac var: 
“AzTV müharibə şəhidlərinin olduğu ilk günlərdən onlarla bağlı materiallar dərc edir, qəhrəmanların və ailələrinin cəmiyyətdə tanıdılması istiqamətində fəaliyyət göstərir. Həmçinin, qazilərimizi də diqqətsiz qoymamışıq. Onların yatdığı xəstəxanalardan dəfələrlə reportajlar vermiş, özləri və ailələri ilə bağlı süjetlər yayımlamışıq.
AzTV hər bir şəhid və qazimizlə bağlı süjet hazırlamağı başlıca vəzifə hesab edir. İstər “AzTV Xəbər”də, istərsə də ictimai-siyasi, sosial, hərbi verilişlərdə onlarla bağlı bir neçə reportaj yayımlanır.
Əziz şəhid ailələri! Qəhrəman övladınızı bütün Azərbaycan xalqının tanımasını istəyirsinizsə, bizə müraciət edin. Komandamız ailənizdən, həmçinin şəhidimizin həyatından bəhs edən süjetlər hazırlasın, Vətən Müharibəsi qəhrəmanlarını hamıya birlikdə tanıdaq.
44 günlük müharibənin qaziləri, sizi də unutmamışıq! Özünüz, müharibədə göstərdiyiniz qəhrəmanlıq, şücaətdən hər kəsin xəbərdar olmağını istəyirsinizsə, siz də AzTV-yə müraciət edin.
Müraciət üçün təqdim etdiyimiz nömrəyə mesaj yazmağınızı xahiş edirik: (+994) 50 408-83-90. Mesajda şəhidin və ya qazinin adı, soyadı, çəkiliş olunacaq ünvanı və əlaqə nömrəsini qeyd etməyiniz xahiş olunur”.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.