Bildiyiniz kimi ötən günü kurnalist Vəfa Şəhlayi “Qoç ət” restoranının Şuşada qazilərə qarşı etdiyi hörmətsizliyi ictimailəşdirmişdi. Şuşadakı “Qoç ət”, bu qədər də olmaz… Vətən müharibəsi qaziləri ilə Şuşaya gəlmişik. Günorta yemək yediyimizə görə bizi qəbul elədilər. Axşam çay içməyə getdik, əvvəlcə “Yaxşı, gətirərik” dedilər. Sonra ofisiant gedib administratorla məsləhətləşib gəldi və bizə çay verə bilməyəcəklərini dedi. Çünki Bakıdan qonaqlar gəliblərmiş, millət vəkilləri var imiş, buna görə bizim sadəcə çay sifarişimiz qəbul olunmadı iddiası səsləndirmişdi. Buna cavab olaraq Qoç Ət firması öz narazılığını rəsmi profilində bildirib həmin yazını təqdim edirik
Dünən sosial şəbəkələrdə haqqımızda yayılan məlumat heç bir halda həqiqəti əks etdirmir. Bu, çirkin şər, böhtan və qarayaxmadan başqa bir şey deyildir. Şuşa şəhərindəki restoranımızda sifarişin gecikməsini guya imtina edilməsi kimi qələmə verənlərə ayıb olsun! Xalqın gözü tərəzidir. Azərbaycanın yerli brendi olaraq daim müzəffər Ali Baş Komandan, cənab Prezidentin, şəhid ailələrimizin, qazilərimizin, hərbçilərimizin və xalqımızın yanındayıq və bundan qürur duyuruq!