Xocalının Təzəbinə kənd sakini: Sanki yenidən yaşamağa başlamışıq
sizinxeber.az xəbər saytı

Xocalının Təzəbinə kənd sakini: Sanki yenidən yaşamağa başlamışıq


İyulun 14-ü yaşamaq üçün Xocalının Təzəbinə kəndinə qayıdan 28 ailədən birinin üzvü olan Məhyəddin Əmiraslanov 33 illik məcburi köçkün həyatını ömürdən yaşamadığını və köçdən sonra sanki yenidən yaşamağa başladığını deyib.

“Report”un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, Təzəbinə kənd sakini Qarabağ müharibəsinin ilk günlərindən doğma yurdunun müdafiəsinə qalxanlardan biri olub.

Məhyəddin Əmiraslanov söhbətində qeyd edib ki, münaqişənin ilk günlərindən dəfələrlə ermənilər kəndlərinə hücum edib:

"Kəndimizə edilən hücumlar sovet ordusu əsgərlərilə birgə həyata keçirilirdi. Kəndimizin işğalından sonra İmişli rayonuna, bir müddət orda qalandan sonra isə Pirşağıya köçdük. Doğma yurdumuza dönən günə qədər də orada yaşadıq. Beş gün olar ki, doğma yurdumuza qayıtmışıq. Elə bilirəm ki, 33 ildə çəkdiyimiz çətin anlar heç olmayıb. Sanki, həyatımızın ilk günlərini indi yaşayırıq. Hətta təsəvvür edirdim ki, o zaman qoyub çıxdığım evimi necə var elə də görəcəyəm. Amma hər şeyin tam əksi oldu. Çünki evimiz tam təmirli şəkildə təhvil verildi".

Oxşar xəbərlər

Suqovuşan sakini: Gördüklərim mənə yuxu kimi gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ballıcaya qayıdan sakin: Yenidən qayğısız günlərimizi yaşayacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalı sakini: Məcburi köçkün düşdükdən sonra doğma yurdun həsrəti ilə yaşayırdıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həsənriz sakini: Doğma kəndimizin yenidən qurulmasına çox sevinirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəylik sakini: Doğma yurdumuza qayıdış elə bil itirilmiş ömrün tapılmasıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər