Qadınların pensiya yaşı aşağı salınsın – TƏKLİF
Qadınların pensiya yaşı aşağı salınmalıdır.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.
“Pensiya yaşının aşağı salınması gənc xanımların da işə marağını artıracaq”, – deyə o əlavə edib.
Millət vəkili bildirib ki, bu gün icra strukturlarındakı vəzifələrdə kişilər üstünlük təşkil edirlər.
“Biz qadınlarla bağlı sosial siyasətə yenidən baxmalıyıq. Ölkədə qadınların ictimai-siyasi həyatda rolu artsa, bu, bizim daha sivil cəmiyyət kimi formalaşmağımıza yardım edəcək”.
Aqşin Kərimov

Qadınların pensiya yaşı aşağı salınsın - TƏKLİF
Qadınların pensiya yaşı aşağı salınsın – TƏKLİF
Sizinxeber.Az