Sizin Reklamınız Burada ola bilər!
"Pulları BakuBus-a köçürüblər, amma şirkət çökür" - BNA-da maliyyə dərəbəyliyi

“Pulları BakuBus-a köçürüblər, amma şirkət çökür” – BNA-da maliyyə dərəbəyliyi

Bakı Nəqliyyat Agentliyindən narazılıqlar haqqında dəfələrlə yazmışıq. Hətta aylar öncə, ölkə başçısı cəmiyyətin kütləvi narazılıqlarına səbəb olan agentliyi Bakı Şərə İcra Hakimiyyətinin tabeliyinə verərək, bu narazılıqları qismən də olsa azaltmağa çalışdı. Amma görünən odur ki, agentliyin qanunsuz əməlləri hələ zamanla üzə çıxacaq.

Qeyd edək ki, bir neçə gün öncə, Bakıda sərnişindaşıma ilə məşğul olan şirkət rəhbərləri Mikayıl Cabbarova müraciətlərində pandemiya ilə əlaqədar dövlətin ayırdığı vəsaitin onlara verilmədiyini göstərərək qeyd ediblər ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli, 135S saylı qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün ayrılan pulun onlar üçün nəzərdə tutulmuş hissəsi ödənilməyib. Amma nə qədər qəribə olsa da, BNA dövlətin sərnişindaşıma şirkətləri üçün nəzərdə tutduğu 7,5 milyon manatı “BakuBus” MMC-yə ayırıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyəti sədrinin müşaviri Faiq Abbasov özü bu faktı İTV-də təsdiqləyib. Amma niyə? Bu “niyə” sualına isə BNA rəsmisi cavab verə bilməyib.

Xatırladaq ki, Nazirlər Kabinetinin sözügdən qərarında bu vəsaitin BNA tərəfindən daşıyıcı şirkətlərə ayrılması qeyd edilsə də, agentlik bu vəsaiti öz təşkilatı hesab edilən BakuBus-a ayırıb. Yəni verilən vəsaiti sağ cibdən sol cibə ötürüb.

Elməddin Muradlı 

Elməddin Muradlı

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarında göstərilir ki, həyat əhəmiyyətli, həyata vacib sərnişindaşımada inkişaf, onların dayanıqlılığını təmin etmək, yəni onların xərclərini azaltmaq, təmir və digər məsələlərə qarşılamaq məqsədilə o pul ayrılıb. Maliyyə Nazirliyi o vəsaiti Bakı Nəqliyyat Agentliyinə köçürüb. Bakı Nəqliyyat Agentliyi də özbaşına olaraq belə qərar qəbul edib ki, bu pulun hamısı BakuBus-a verilməlidir. Bütün vəsait BakuBus-a verilib. Məqsəd nədir, onların burada nə marağı olub və s. bu kimi məsələlər araşdırılmalı və müəyyən edilməlidir ki, niyə BakuBus-a köçürülüb. Axı sənəddə qeyd edilməyib ki, vəsaitin hamısı BakuBus-a köçürülməlidir. Həmin vəsaiti daşıyıcı şirkətlərə köçürmək lazım idi. Hamısına bərabər şəkildə verilməli idi. Hesablanmalı idi, kimin payı nə qədər idisə, köçürülməli idi. Amma BNA həmin vəsaiti BakuBus-a köçürüb. BakuBus inkişaf etməli idi, etməyib. BakuBus-ın 500-ə yaxın avtobusu qarajlarda “yatır”…

“Həm pul BakuBus-a köçürülb, həm də şirkət çökür. Əgər BakuBus 7,5 milyon aldığına rəğmən çökürsə, özəl şirkətlərin bir durumuna nəzər salın. İndi görün onlar nə vəziyyətdədirlər. Bu məsələləri düşünmək, buna uyğun addım atmaq lazımdır. Belə olmaz. Bu ögey münasibət nəyə və kimə lazımdır ki? Bakı Nəqliyyat Agentliyi BakuBus-a öz təşkilatı kimi baxır. Dövlətindir, bizimdir, əlimizə nə düşsə, yaxşısını ona verək. O biri şirkətlər özəldir, “ölsünlər, batsınlar, canları çıxsın”…

Belə yanaşma olar? Bu necə tənzimləyici quurmdur ki, öz maraqlarını güdür. Və yaxud da dövlət qurumunun maraqlarını güdür. Tənzimləyici qurum o deməkdir ki, hakim rolunu oynamalı, ədalətli yanaşmalısan.Ədalət prinsipindən çıxış etməlisən. Yoxsa 7,5 milyon manat köçür BakuBus-a ki,”get kef elə”. Bu birilərinə isə deyir ki, “gedi başınıza çarə tapın”,– deyə ekspert bildirib.

Belə… Dərindən araşdırılsa, bəlkə də BNA-nın hələ çox qanunauyğunsuz əməlləri ortaya çıxacaq. Bu gün Bakıda nəqliyyat sahəsində xaosun olması məhz bu qurumun yarıtmaz fəaliyyətinin nəticəsidir.

İlahin, Bizimyol.info

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
“Pulları BakuBus-a köçürüblər, amma şirkət çökür” – BNA-da maliyyə dərəbəyliyi

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica