Prezident: “Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir”
Prezident: “Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir”

Prezident: “Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir”

“Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri – avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.
Açıq dənizə çıxışı olmayan Azərbaycanın beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildiyini qeyd edən dövlətimizin başçısı deyib:
“Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi”.

Sizinxeber.Az

Prezident: “Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!