Sizin Reklamınız Burada ola bilər!
Prezident revanşist qüvvələri küncə sıxışdırır: Sülh sazişinin vaxtı çatıb! - ŞƏRH
Prezident revanşist qüvvələri küncə sıxışdırır: Sülh sazişinin vaxtı çatıb! - ŞƏRH

Prezident revanşist qüvvələri küncə sıxışdırır: Sülh sazişinin vaxtı çatıb! – ŞƏRH

Prezident revanşist qüvvələri küncə sıxışdırır: Sülh sazişinin vaxtı çatıb! – ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışında sülh gündəmi ayrıca xətt təşkil etdi.
Dövlət başçısı öz fikirləri ilə Azərbaycan dövlətinin növbəti dəfə gələcək planlarında sülh içində yaşamağın, Cənubi Qafqazda dinc və sürətli inkişafın prioritet məsələlərdən olduğunu ifadə etdi.
Azərbaycan lideri öz fikirləri ilə əslində, 44 günlük müharibədə tarixi qələbə qazanmış Azərbaycan dövlətinin Ermənistana verdiyi sülh şansının önəmini də birbaşa vurğuladı.
“Biz ərazi bütövlüyümüzü bərpa etmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib”, – deyə Azərbaycan lideri bildirib.
Dövlət başçısının xüsusən buradakı sülh sazişi ilə bağlı ifadəsinə ayrıca diqqət yetirmək gərəklidir. Belə ki, Azərbaycan artıq Ermənistan tərəfinin süni “problem”lərinin, sülh prosesinə əngəl törətmək cəhdlərinin sonlanmasını tələb edir və tezliklə tərəflərin sülh sazişinə nail olmasına, regionumuz üçün yeni mərhələnin başlanmasına təkid edir. Üstəlik, bu təkid fonunda həm də Ermənistan üçün Azərbaycanın xoş, sülhpərvər niyyətindən sui-istifadəyə şansı qalmadığının da mesajını verir.
Sirr deyil ki, Ermənistanda bir sıra revanşist qüvvələr və onların tezisləri birbaşa olaraq sülh gündəliyinin aradan qalxmasına hesablanıb. Odur ki, Azərbaycan həm də maraqlı olduğu sülh fonunda bu proseslərə laqeyd yanaşa bilməz.
Məhz bu səbəblə ötən gün öz fikirləri ilə dövlət başçısı böyük siyasi ustalıq nümayiş etdirərək olduqca önəmli bir mesaj verdi:
“Azərbaycan Qarabağda yaşayan ermənilərin vətəndaşlığını nəzərə alır. Ümid edirəm ki, onlar bunu tezliklə başa düşəcəklər. Azərbaycanda erməni azlıqlar da daxil olmaqla bütün etnik qruplar sülh içərisində yaşayırlar.
Bizim pis niyyətimiz yoxdur. Biz sülh və öz ərazi bütövlüyümüzün tanınmasını istəyirik. Azərbaycanda yaşayış səviyyəsi Ermənistandakından çox üstündür. Biz hələ Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilərin vəziyyətini qeyd etmirik”.
Bu mesaj əslində Qarabağda – Azərbaycan ərazisində yaşayan ermənilərin təxribatlara uymamasının vacibliyinə işarə vurur, həm də onların dinc inkişafa meyl göstərməsi halında faydalana biləcəkləri fürsətləri bir daha xatırlatmış olur.
Bundan əlavə Azərbaycan Prezidenti İlham Əliyev aşağıdakı fikirləri ilə də ermənilərə özünəməxsus tərzdə Bakının qətiyyətli mövqeyini başa salır:
“Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu özü gözəl bir bünövrə olar”.
Azərbaycan Prezidentinin və dövlətinin bu istiqamət üzrə niyyəti və məramı kifayət qədər qəti, aydındır.
Azərbaycan sülh naminə olan təşəbbüsləri dəstəkləyir və sülhdə maraqlı olan qüvvələrin səfərbər edilməsinə şərait yaradır. Yəni, rəsmi Bakı Ermənistana verilmiş tarixi fürsətin ermənilər tərəfindən düzgün qiymətləndirilə bilməsinin də vacib olmasını nəzərdən qaçırmır və bu yolda İrəvana olduqca qüvvətli siqnallar ötürür. Bakı sülh prosesinin dayanıqlı və əbədi olmasını istəyir. Bunun üçün də Ermənistandakı revanşist qüvvələri məhz öz tezisləri ilə küncə sıxışdırır…
Azərbaycan sadəcə sülh və inkişaf istədiyini vurğulamaqla Ermənistan dövlətinə və xalqına revanşist qüvvələrin iyrənc üzünü göstərir. Eyni zamanda sülh sazişini tələb edən Bakı hər hansı hiyləgər planlara imkan verməyəcəyini birmənalı şəkildə bəyan edir.
Orxan Tağıyev

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Prezident revanşist qüvvələri küncə sıxışdırır: Sülh sazişinin vaxtı çatıb! – ŞƏRH

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica