Prezident bunu gördü və Anar Kərimovu işdən çıxartdı - Rasim Balayev
Prezident bunu gördü və Anar Kərimovu işdən çıxartdı - Rasim Balayev

Prezident bunu gördü və Anar Kərimovu işdən çıxartdı – Rasim Balayev

“Anar Kərimovun hansı fəaliyətindən narazı olum? Biz o fəaliyyəti görmədik”.

Bu sözləri Ölkə.Az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O bildirib ki, bu gün Azərbaycanda mədəniyyət sahəsi yaxşı vəziyyətdə deyil:
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.

“Mədəniyyət sahəsindəki vəziyyəti bir cümlə ilə demək olmur. Həmişə deyirəm ki, Mədəniyyət Nazirliyinin işləri göz qabağındadır, hamı görür. Başqa nazirliklərin işlərini ancaq əlaqədar adamlar bilirsə, Mədəniyyət Nazirliyinin işlərini bütün camaat, teatr, kino tamaşaçıları musiqi dinləyənlər bilir. Bunlar hamısı yerində deyil. Görürsünüz ki, vəziyyət nə yerdədir. Bu saat filmlər çəkilmir. Prezident maliyyə ayırır, amma ortada kino yoxdur. Bilavasitə kinonun sifarişçisi Mədəniyyət Nazirliyinin kino şöbəsidir. 
Prezident ona etimad edib gətirmişdi. Sonra gördü ki, heç bir irəliləyiş yoxdur. Ona görə də dövlət başçısı onu dəyişdi.

Mədəniyyət sahəsində görülən işlərdən narazılıqlar çoxdur. Bunu prezident özü gördü və belə bir qərar verdi”.

Xalq artisti Azərbaycandakı kino sahəsində olan mövcud vəziyyətdən də gileylənib:

“Məndən həmişə soruşurlar ki, nə üçün Azərbaycan kino çəkmir? Belə suallar verirlər. Mən də cavab verə bilmirəm. Çünki nə baş verdiyindən məlumatsızam. Əvvəllər pis-yaxşı filmlərin bölgüsü vardı, rejissorlara verirdilər. İndi rejissor da çox az qalıb. Onlardan bəziləri işsizdir, kino çəkə bilən adamlar da daha çəkmir. Belə bir qarmaqarışıqlıq var. Bu da aydın görünür. Camaat maraqlanır ki, niyə kino yoxdur. Bax, belədir”, – deyə o söyləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib.

Xatırladaq ki, R.Balayev bundan əvvəl də Mədəniyyət Nazirliyinin fəaliyyətini tənqid etmişdi.

Billurə Yunus

Sizinxeber.Az

Prezident bunu gördü və Anar Kərimovu işdən çıxartdı – Rasim Balayev

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!