Prezident: “Bu il şəhid ailəsi və müharibə əlillərinə azı 1500 mənzil veriləcək” - VİDEO
Prezident: “Bu il şəhid ailəsi və müharibə əlillərinə azı 1500 mənzil veriləcək” - VİDEO

Prezident: “Bu il şəhid ailəsi və müharibə əlillərinə azı 1500 mənzil veriləcək” – VİDEO

Prezident: “Bu il şəhid ailəsi və müharibə əlillərinə azı 1500 mənzil veriləcək” – VİDEO
“Ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətində də önəmli addımlar atılıb. Bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib, 2021-ci ildə isə 3 min mənzil verilmişdi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək”.
AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
Bu günə qədər 13 min ailənin bu imkanlardan faydalandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: 
“Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq”.

Sizinxeber.Az

Prezident: “Bu il şəhid ailəsi və müharibə əlillərinə azı 1500 mənzil veriləcək” – VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!