Главная > Xarici siyasət > NATO Baş katibinin müavini: Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndiririk

NATO Baş katibinin müavini: Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndiririk


22-05-2025, 22:30. Разместил: Rss Bot Report

NATO Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir.

“Report” xəbər verir ki, bunu NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü ilə bağlı “X” hesabındakı paylaşımında yazıb.

“Biz NATO-Azərbaycan münasibətlərini və regional təhlükəsizliyi müzakirə etdik. Cənubi Qafqaz Alyans üçün mühüm əhəmiyyət kəsb edən regiondur”, - o bildirib.

Qeyd edək ki, bu gün NATO-nun Brüsseldəki mənzil qərargahında H. Hacıyevlə R.Şekerinska arasında görüş olub.


Вернуться назад