Главная > Xarici siyasət > Zelenski: Rusiya Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum edib

Zelenski: Rusiya Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum edib


18-08-2025, 14:50. Разместил: Rss Bot Apa

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Odessa şəhərində SOCAR-a məxsus neft bazasına edilən hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib.

APA xəbər verir ki, bu barədə o özünün sosial şəbəkə hesabında fikir bildirib.

"Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub. Bu bizim münasibətlərimizə və enerji müstəqilliyimizə hücumdur", - Zelenski qeyd edib.

Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrasturkturları hədəfə aldığını bildirib.

Zelenski müharibənin dayanmalı olduğunu və bunun üçün Rusiyanın addım atmalı olduğunu bəyan vurğulayıb.


Вернуться назад