Главная > Xarici siyasət > Rubio və Barro Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər
Rubio və Barro Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər5-08-2025, 10:00. Разместил: Rss Bot Report |
|
ABŞ dövlət katibi Marko Rubio Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə danışıqlar aparıb. Bu barədə “Report” ABŞ Dövlət Departamentinə istinadən məlumat verir. Telefon danışığı zamanı onlar İranın nüvə silahına malik olmasına yol verməməyə çağırış ediblər. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını, Qəzzadakı humanitar vəziyyəti, Rusiya-Ukrayna münaqişəsinə son qoyulması istiqamətində səyləri və Sudanda davam edən münaqişəni müzakirə ediblər. Вернуться назад |