Главная > Xarici siyasət > Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun

Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun


19-07-2025, 19:30. Разместил: Rss Bot Report

İstəyirik ki, iqtisadi əməkdaşlıq təşkilatı daha güclü olsun, daha effektiv olsun.

"Sizinxeber.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

“Əlbəttə ki, biz ölkələrin potensialını da bilirik, daha fəal olanlar var. O qədər də fəal olmayan digər ölkələr daha çox ikitərəfli formata üstünlük verirlər”, - deyən dövlətimizin başçısı bildirib ki, biz çoxtərəfli formatın da işləməsini istəyirik. “Beləliklə, ümid edirik ki, Azərbaycanın göstərdiyi səylər yüksək dəyərləndiriləcək. İndi Azərbaycan sədr kimi öz öhdəliklərini yerinə yetirir. Əminəm ki, bunlar da uğurlu olacaqdır”, - deyə Prezident əlavə edib.


Вернуться назад