Milli Məclisin sədri Qazaxıstana səfər edib
sizinxeber.az xəbər saytı

Milli Məclisin sədri Qazaxıstana səfər edib


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Şura və 14-cü plenar iclaslarında iştirak etmək üçün iyunun 11-də Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfərə gedib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə Astana şəhərinin Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Qazaxıstan Parlamenti Məclisinin sədr müavini Albert Rau, Məclisin Beynəlxalq, təhlükəsizlik və müdafiə məsələləri üzrə katibi Aydos Sarım, Məclisin Qanunvericilik və məhkəmə-hüquq islahatları katibi Məhərrəm Məhərrəmov, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin spikeri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarovanın TÜRKPA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri və Qazaxıstanın dövlət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Oxşar xəbərlər

Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında iştirak etmək üçün Qazaxıstanda səfərdədir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Milli Məclisin sədri Rusiyaya səfər edib - FOTO
Milli Məclisin sədri Tacikistanda işgüzar səfərdədir
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər