Əli Əsədov IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib
sizinxeber.az xəbər saytı

Əli Əsədov IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib


Azərbaycanın Baş naziri Əli Əsədov Özbəkistana rəsmi səfəri çərçivəsində IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Forumu açan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəsinin iqtisadi və investisiya imkanları barədə məlumat verib.

Tədbirdə çıxış edən Baş nazir Ə.Əsədov Azərbaycanın iqtisadi inkişaf göstəriciləri və əlverişli investisiya mühiti haqqında bəhs edib.

Qeyd edilib ki, ötən il Azərbaycanın iqtisadiyyatı 4,1% artıb:

"Qeyri-neft-qaz sektoru 6,2% artıb. Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən də azdır, maliyyə ehtiyatlarımız isə xarici borcumuzu 14 dəfə üstələyir".

Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması istiqamətində görülən tədbirlər barədə məlumat verən Baş nazir vergi yükünün azaldılması, inzibati maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyət toxunulmazlığının təmin edilməsi məqsədilə ardıcıl işlərin aparıldığını deyib.

Nizamnamə kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan investisiya fondu vasitəsilə aparılan səmərəli işbirliyinə toxunan Ə.Əsədov fondun xətti ilə bu gün müxtəlif sahələri əhatə edən bir sıra perspektivli layihələrin nəzərdən keçirildiyini qeyd edib.

Sonda Daşkənd Beynəlxalq İnvestisiya Forumunun bundan sonra da investisiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynayacağına əminlik ifadə olunub.

Oxşar xəbərlər

Baş nazir Daşkənddə Beynəlxalq Forumda azad edilmiş ərazilərdə investisiya əməkdaşlığına çağırıb
Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb
Özbəkistan İnvestisiya Təşviqi Agentliyi: Beynəlxalq investorlar üçün yeni imkanlar yaradılır
Özbəkistan TDT çərçivəsində investisiya forumu və logistika konfransı keçirməyi təklif edir
Baş nazir: Azərbaycan və Özbəkistan müxtəlif sahələrdə bir sıra perspektivli layihələri nəzərdən keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər