Səfir: Çin Azərbaycan məhsullarının onlayn satışının genişləndirilməsini alqışlayır
sizinxeber.az xəbər saytı

Səfir: Çin Azərbaycan məhsullarının onlayn satışının genişləndirilməsini alqışlayır


Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı və 2-ci ən böyük ixracatçısı mövqeyini sabit şəkildə qoruyur.

"Sizinxeber.az" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, ölkələr arasında ikitərəfli praqmatik əməkdaşlıq fəal şəkildə dərinləşməyə davam edir.

"Azərbaycanda rəsmi statistikaya görə, cari ilin yanvar-aprel aylarında ikitərəfli ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib. Bu da ötən ilin göstəricisindən təxminən 37 % çoxdur. Yüksək inkişaf dinamikası tendensiyası qorunub saxlanılır. Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı və bu ölkəyə ikinci ən böyük ixracatçı mövqeyini möhkəm şəkildə qoruyur. Azərbaycan məhsullarının Çin elektron ticarət platformaları vasitəsilə satışının genişləndirilməsini alqışlayırıq", - o qeyd edib.

Lu Mey vurğulayıb ki, iki ölkənin müvafiq qurumları “yaşıl enerji”, iqtisadiyyat, infrastruktur və s. kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yeni praktik addımları fəal şəkildə öyrənir.

Oxşar xəbərlər

Elnur Əliyev: “Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib”
Mixail Myatlikov: "Azərbaycan Belarusun sayca yeddinci ən mühüm ixrac tərəfdaşı olub"
Ötən il Çinlə ABŞ arasında ticarət dövriyyəsi 3,7 % artıb
Səfir: Cari ilin 10 ayında Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb
Çin Azərbaycanın COP29-da sədrliyini tam dəstəkləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər