Nikkei nəşri Yalçın Rəfiyevlə müsahibəni dərc edib
Yaponiyanın nüfuzlu Nikkei nəşri COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə müsahibəni dərc edib.
XİN-dən Sizinxeber.az-ya bildirilib ki, müsahibədə COP29-un yekununda əldə edilmiş uğurlu nəticə olaraq 300 milyard ABŞ dolları məbləğində iqlim maliyyəsi qərarı bir daha xatırladılır və Y.Rəfiyevə istinadən bu qərarın əldə olunması istiqamətində inkişaf etməkdə olan ölkələrin mövqelərinin koordinasiyası prosesində COP29 sədrliyi ilə yaxından əməkdaşlıq edən Çinin konstruktiv rol oynadığı vurğulanır.
Məqalədə həmçinin Beynəlxalq Enerji Agentliyinə istinadən hazırda təmiz enerji sahəsində qlobal investisiyada Çinin payının 1/3-ə çatdığı qeyd olunur və Çin tərəfindən 2013-2023-cü illərdə təkcə ASEAN ölkələrinə 2,7 milyard ABŞ dolları məbləğində sərmayə yatırıldığı bildirilir.
Bu xüsusda, Y.Rəfiyev, inkişaf etməkdə olan ölkələri səfərbər etmək imkanları ilə yanaşı, Çinin qlobal dekarbonizasiya prosesindəki liderlik rolunun da onun qlobal iqlim danışıqlarında qlobal liderlik funksiyasını daşıya biləcəyinə işarə olduğunu qeyd edir və ABŞ-ın Paris Sazişindən çıxmaq barədə qərarından sonra beynəlxalq iqlim danışıqlarında yaranan qlobal liderlik boşluğunu doldurmaq üçün ən yaxşı namizədin də məhz Çin olduğunu vurğulayır.
Nazir müavini, inkişaf etmiş dövlətlər tərəfindən isə qlobal iqlim danışıqlarında liderlik rolunu oynamaq üçün ən uyğun namizədin Birləşmiş Krallıq olduğunu bildirir. Belə ki, Birləşmiş Krallıqda yeni Leyboristlər hökumətinin qlobal iqlim fəaliyyətini prioritet olaraq müəyyən etdiyi və bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə görünür bir fəaliyyət aparıldığı qeyd olunur.
Məqalədə həmçinin Y.Rəfiyevə istinadən, cari ilin noyabrında Braziliyanın Belem şəhərində keçiriləcək COP30-un yeni ambisiyalı hədəflər müəyyən edərək dövlətləri COP prosesinə uzaqlaşmağa vadar etməkdən çox, əvvəlki COP-ların nəticələrinin icrasına fokuslanmalı olduğu qeyd olunur.
Oxşar xəbərlər
COP29 Sədrliyi bəyanat yayıb
COP29 Sədrliyi bəyanat yayıb, ildə 250 milyard dollar iqlim maliyyələşməsi təklif edilir
XİN: Ararat Mirzoyanın iddiaları tamamilə əsassızdır
COP29-da iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıq əldə olunub
Yalçın Rəfiyev Meksikaya səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
