BMT-Turizm seçkilərində Azərbaycanın qalibiyyəti və Ermənistanın seçilməməsinin arxa planları
Azərbaycan 5 iyun tarixində BMT-Turizm kimi əhəmiyyətli təşkilatın idarəedici orqanı olan və 35 üzv ölkədən ibarət İcraiyyə Şurasına seçkilərdə 26 səs çoxluğu ilə qalib gəlib.
"Sizinxeber.az" xəbər verir ki, 2025-2029-cu illəri əhatə edəcək üzvlük üçün Avropa regionuna ayrılmış 5 yer uğrunda 9 namizəd ölkə mübarizə aparıb.
Əldə olunmuş məlumata əsasən, seçki prosesində Avropa İttifaqı öz üzv ölkələrinin seçilməsi istiqamətində xüsusi səy göstərib və Yunanıstan, Sloveniya, Xorvatiya və Fransa (23 səs ilə) da İcraiyyə Şurasına seçilib.
Maraqlı cəhət budur ki, beynəlxalq təşkilatlarda hər zaman Ermənistanın seçilməsinə çalışmasına baxmayaraq, bu seçkilərdə öz üzv ölkələrinə daha çox diqqət ayıran Avropa İttifaqı üçün bu dəfə Ermənistan prioritet olmayıb.
Öz gücünə arxalanan Ermənistan nəticədə 11 səs toplayaraq 9 ölkə sırasında axırıncı yer tutub.
Oxşar xəbərlər
Azərbaycan növbəti dəfə BMT-Turizmin İcraiyyə Şurasına üzv seçilib
Ermənistanda seçkiöncəsi kütləvi həbslər başlayıb
Nikol Paşinyan Qranadada Azərbaycanın ərazi bütövlüyünü tanıyıb
Abşeron rayonunda parlament seçkilərində 4 mandat uğrunda 13 namizəd mübarizə aparır
Azərbaycan BMT-nin Turizmin Avropa üzrə Komissiyasına üzv seçilmək üçün namizədliyini irəli sürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













