
Düşənbədə statistik istehsalda Azərbaycan təcrübəsi təqdim edilib

Düşənbədə statistik istehsalda Azərbaycan təcrübəsi təqdim edilib
Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsi tərəfindən “MDB statistikasının inkişafı” layihəsi çərçivəsində Düşənbədə “MDB iştirakçısı olan dövlətlərin milli statistika xidmətlərinin fəaliyyətinin informasiya təminatının təkmilləşdirilməsi”nə dair iclas keçirilib.
"Sizinxeber.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, tədbirdə AzərbaycanDövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov və İnformasiya texnologiyaları şöbəsinin müdiri Çimnaz Əliyeva iştirak ediblər.
Tədbirdə “Statistik istehsalda informasiya texnologiyaları və istifadəçilər üçün elektron statistik xidmətlər: Azərbaycan təcrübəsi” təqdimatı ilə iştirakçılara son illər Azərbaycanda məlumatların toplanması, emalı və yayılması sahəsində tətbiq edilmiş texnoloji yeniliklər barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, hazırda Azərbaycanda bütün rəsmi statistika hesabatları elektron sənəd formasında, onlayn rejimdə təqdim edilir, məlumatlar avtomatik rejimdə yoxlanılır, emal olunur və statistik bülletenlər hazırlanır.