
İslam Mustafayev: Ermənistandakı "Metsamor" AES regiona qoyulan bombadır

İslam Mustafayev: Ermənistandakı "Metsamor" AES regiona qoyulan bombadır
“Beynəlxalq konvensiyaya görə bir ölkənin sərhədinə yaxın ərazidə təhlükəli obyekt tikilirsə, qonşu dövlətdən rəsmi qaydada rəy alınmalıdır. Təəssüf ki, Ermənistanla bağlı məsələdə Azərbaycandan hər hansı rəy alınmayıb”.
Sizinxeber.az xəbər verir ki, bunu Ermənistandakı “Metsamor” AES-lə bağlı mətbuat konfransında "Rüzgar" İctimai Birliyinin sədri İslam Mustafayev söyləyib.
Onun sözlərinə görə, atom elektrik stansiyasının təhlükəsizliyini təmin edilməsi üçün əsas şərtlərdən biri oradakı qurğuların və reaktorların düzgün quraşdırılması və istismarıdır: “Ermənistanda Spitak zəlzələsi zamanı müvafiq stansiya zədələnmişdi. O zaman bu stansiyanın işinə və tikintisinə məsul olan şəxslər hadisə yerindən qaçmışdılar. Beynəlxalq konvensiyaya görə bir ölkənin sərhədinə yaxın ərazidə təhlükəli obyekt tikilirsə qonşu dövlətdən rəsmi qaydada rəy alınmalıdır. Təəssüf ki, Ermənistanla bağlı məsələdə Azərbaycandan hər hansı rəy alınmamışdı".
İslam Mustafayev qeyd edib ki, Azərbaycanda alternativ enerji resursları ənənəvi enerji resurslarından üç dəfə çoxdur: “Bizim regional səviyyədə aparılan mübarizəmiz atom enerjisinə deyil, bu növ enerjinin tullantılarından qaydalara zidd şəkildə istifadəyə qarşıdır. Ermənistana gəlincə, bu ölkədə mövcud olan nüvə obyekti regionun altına qoyulan bombadır. Hesab edirəm ki, Ermənistanın regionda yaratdığı radiasiya təhlükəsinin aradan qaldırılması üçün region ölkələri güclərini səfərbər etməlidir".
O əlavə edib ki, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət" prinsipindən çıxış edərək bu məsələdə bir-birinə dəstək verməlidir.