QHT koalisiyası: Ermənistanda "Metsamor" AES bağlanmalıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
in
2025
15:50

QHT koalisiyası: Ermənistanda "Metsamor" AES bağlanmalıdır

04 in, 2025
15:50
793

QHT koalisiyası: Ermənistanda "Metsamor" AES bağlanmalıdır

Əsas məqsədimiz Ermənistanın regiondakı ekoloji risklərinə qarşı mübarizənin daha effektiv aparılmasından ibarətdir.

APA xəbər verir ki, bu sözləri “Enviromental Protection First” QHT koalisiyasının keçirdiyi brifinq zamanı koalisiya üzvü Amin Məmmədov deyib.

O bildirib ki, təmsil etdiyi təşkilat “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin tez bir zamanda dayandırılmasını tələb edir:

“Bu təşəbbüsün əsas müəllifi Türkiyədə fəaliyyət göstərən “Doğa ve Çevre” İctimai Birliyidir. Bu yaxınlarda İğdırda “Metsamor” Atom Elektrik Stansiyasının zərərli fəaliyyəti ilə bağlı tədbirdə türkiyəli ekoloqlar xüsusi bəyanat qəbul ediblər. Ermənistan Azərbaycanla sərhədə yaxın ərazilərdə həyata keçirdiyi dağ-mədən fəaliyyətinə görə heç bir hesabat dərc etmir. Mən hesab edirəm ki, bu stansiyanın fəaliyyətini dayandırması üçün əməli addımlar atılmalıdır”.

Bizimlə əlaqə saxlayın