Azərbaycanda modul tipli nüvə reaktorunun inşasına başlanılması müzakirə edilir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
in
2025
15:50

Azərbaycanda modul tipli nüvə reaktorunun inşasına başlanılması müzakirə edilir

04 in, 2025
15:50
639

Azərbaycanda modul tipli nüvə reaktorunun inşasına başlanılması müzakirə edilir

"Beynəlxalq konvensiyaya görə bir ölkənin sərhədinə yaxın ərazidə təhlükəli obyekt tikilirsə qonşu dövlətdən rəsmi qaydada rəy alınmalıdır. Təəssüf ki, Ermənistanla bağlı məsələdə Azərbaycandan hər hansı rəy alınmayıb".

APA xəbər verir ki ki, bunu keçirilən mətbuat konfransında "Rüzgar" İctimai Birliyinin sədri İslam Mustafayev söyləyib.

Onun sözlərinə görə, atom elektrik stansiyasının təhlükəsizliyini təmin edilməsi üçün əsas şərtlərdən biri oradakı qurğuların və reaktorların düzgün quraşdırılması və istismarıdır:

"Ermənistanda Spitak zəlzələsi zamanı ölkədəki müvafiq stansiya zədələnmişdi. O zaman bu stansiyanın işinə və tikintisinə məsul olan şəxslər hadisə yerindən qaçmışdılar. Beynəlxalq konvensiyaya görə bir ölkənin sərhədinə yaxın ərazidə təhlükəli obyekt tikilirsə qonşu dövlətdən rəsmi qaydada rəy alınmalıdır. Təəssüf ki, Ermənistanla bağlı məsələdə Azərbaycandan hər hansı rəy alınmamışdı".

Onun sözlərinə görə, bu il ərzində Azərbaycanda modul tipli nüvə reaktorunun inşasına başlanılması müzakirə edilir:

"Azərbaycanda alternativ enerji resursları ənənəvi enerji resurslarından üç dəfə çoxdur. Bizim regional səviyyədə aparılan mübarizəmiz atom enerjisinə deyil, bu növ enerjinin tullantılarından qaydalara zidd şəkildə istifadəyə qarşıdır. Ermənistana gəlincə, bu ölkədə mövcud olan nüvə obyekti regionun altına qoyulan bombadır. Hesab edirəm ki, Ermənistanın regionda yaratdığı radiasiya təhlükəsinin aradan qaldırılması üçün region ölkələri güclərini səfərbər etməlidir".

Natiq əlavə edib ki, zərbaycan və Türkiyə "Bir millət - iki dövlət" prinsipindən çıxış edərək, bir-birimizə dəstək verməlidir.

Bizimlə əlaqə saxlayın