Beynəlxalq dekolonizasiya konfransının iştirakçıları Dillər Universitetini ziyarət ediblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
in
2025
12:00

Beynəlxalq dekolonizasiya konfransının iştirakçıları Dillər Universitetini ziyarət ediblər

04 in, 2025
12:00
337

Beynəlxalq dekolonizasiya konfransının iştirakçıları Dillər Universitetini ziyarət ediblər

"İmperiya strukturu: müstəmləkəçiliyin ideologiyaları və reallıqları" beynəlxalq elmi konfransda iştirak etmək üçün Bakıya gələn BMT-nin dekolonizasiya məsələləri üzrə strukturlarını təmsil edən alimlər və ekspertlər Azərbaycan Dillər Universitetini ziyarət ediblər.

"Report" xəbər verir ki, qonaqlar tədbirin təşkili səviyyəsini və universitetin akademik mühitini yüksək qiymətləndirərək, səfərlərindən məmnunluqlarını ifadə ediblər.

Onlar vurğulayıb ki, elmi cəmiyyət ilə təhsil müəssisələri arasında dialoqun inkişafı, həmçinin bilik və praktiki təcrübə mübadiləsi üçün bu cür görüşlərin əhəmiyyətini vurğulayıblar.

BMT-nin Afrika xalqlarının Daimi Forumunun Kolumbiyadan olan üzvü Pastor Martinez qeyd edib ki, konfrans müasir qlobal nizamın əsas məsələlərini əhatə edib. Bunların arasında multikulturalizm, iqlim dəyişikliyi, qloballaşmanın gənclərə təsiri, həmçinin irqçiliyin səbəbləri və mexanizmləri var.

P.Martinezin sözlərinə görə, bu çağırışlara səmərəli cavab vermə, ədalət və bərabərlik prinsiplərini təşviq etmək üçün beynəlxalq ictimaiyyətin kollektiv səyləri lazımdır.

"Əlcəzair-2" Universitetinin professoru, tədqiqatçı Çakib Benhafri isə öz növbəsində müasir dünyada bir neçə dili bilməyin artan rolunu vurğulayıb.

"Azərbaycan Dillər Universitetinə səfərimdə əsas məqsədim "Əlcəzair-2" Universitetində Azərbaycan dili Mərkəzinin yaradılması ilə bağlı rektorla razılaşma imzalamaqdır. 2013-cü ildə mən Türk dili Mərkəzinin açılmasına təşəbbüs göstərmişəm və belə təşəbbüslərin əhəmiyyətini yaxşı başa düşürəm. Afrika ilə Azərbaycan arasında böyük məsafə var, lakin belə mərkəzlər yaxınlaşmağımıza kömək edir", - o bildirib.

"Əlcəzair-3" Universitetinin politologiya fakültəsinin elmi işçisi Hişam Daud Azərbaycanın qlobal siyasətdə artan rolunu qeyd edib və ölkənin beynəlxalq arenada göstərdiyi səylərin əhəmiyyətini vurğulayıb.

"Azərbaycan dünya proseslərində mühüm aktor kimi öz mövqelərini inamla möhkəmləndirir. Bunun parlaq sübutu Bakıda COP29 iqlim konfransı kimi miqyaslı və əhəmiyyətli beynəlxalq tədbirin keçirilməsidir. Bu, təkcə ölkənin qlobal gündəmə töhfəsinin tanınması deyil, həm də regionlar, mədəniyyətlər və maraqlar arasında körpü olmaq qabiliyyətini nümayiş etdirmək imkanıdır", - o bildirib.

Foto: Mircavid Eminoğlu

Bizimlə əlaqə saxlayın