Bazarova: Azərbaycan və Özbəkistan nümunəvi əməkdaşlıq səviyyəsi nümayiş etdirir
sizinxeber.az xəbər saytı

Bazarova: Azərbaycan və Özbəkistan nümunəvi əməkdaşlıq səviyyəsi nümayiş etdirir


Azərbaycan və Özbəkistan nümunəvi dostluq münasibətləri nümayiş etdirir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun şöbə rəhbəri Milana Bazarova jurnalistlərə bildirib.

"Son illər ərzində biz münasibətlərimizi sürətlə dövlətlərarası qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsinə çatdıra bildik", - o qeyd edib.

M.Bazarovanın sözlərinə görə, son illər ölkələrimiz arasında iqtisadi əməkdaşlıq da keyfiyyətcə yeni səviyyəyə yüksəlib: "Son 8 ildə əmtəə dövriyyəsinin həcmini 8, birgə istehsalın həcmini isə 5 dəfə artırmışıq".

O bildirib ki, hazırda qlobal qeyri-sabitlik, təchizat zəncirlərinin pozulması şəraitində iqtisadi əlaqələrin dərinləşdirilməsi ən vacib məsələdir: "Bu gün investisiya imkanlarımızın birləşdirilməsi xüsusilə aktualdır. Toplanmış birgə təcrübə əsasında biz artıq avtomobil istehsalı, toxuculuq sənayesi və ipəkçilik sahələrində klasterlər yaratmışıq. Hesab edirəm ki, bu hələ başlanğıcdır".

Oxşar xəbərlər

Milana Bazarova: Özbəkistan-Azərbaycan əlaqələri inkişaf edir
Bakı və Daşkənd arasında əməkdaşlıq regionda tarixi hadisələr fonunda inkişaf edir
Şahmar Hacıyev: "BOEM Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın yeni mərhələsidir"
Fərhad Məmmədov: Bakı və Daşkənd çoxtərəfli platformalar çərçivəsində fəal əməkdaşlıq edir
Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər