Milana Bazarova: Özbəkistan-Azərbaycan əlaqələri inkişaf edir
sizinxeber.az xəbər saytı

Milana Bazarova: Özbəkistan-Azərbaycan əlaqələri inkişaf edir


Özbəkistan və Azərbaycan arasında əlaqələr dostluq və sıx əməkdaşlıq səviyyəsində inkişaf edir.

APA xəbər verir ki, bunu jurnalistlərə Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Milana Bazarova deyib.

O bildirib ki, son illərdə bu münasibətlərin tərəqqi etməsi istiqamətində çoxşaxəli addımlar atılıb: “Son 8 ildə ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə, 5 dəfə artıb. Bütün bunlara birgə səylər nəticəsində nail olunub. Hazırda investisiya imkanlarının daha da artırılması xüsusi əhəmiyyət daşıyır. Belə ki, iki ölkə avtomobil istehsalı, tekstil, eləcə də ipəkçilik sahələrində birgə layihələrin icrasına başlayıb. Hesab edirəm ki, bu, hələ başlanğıcdır”.

Özbəkistanın Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktoru Eldor Aripov isə bildirib ki, 2017-ci ildən ötən müddətdə 150 qarşılıqlı səfər həyata keçirilib, 8 il ərzində qarşılıqlı ticarət dövriyyəsi 8 dəfə artıb.

Onun sözlərinə görə, artıq iki ölkə birgə müəssisələrin yaradılmasına başlayıb:

"Özbəkistan və Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün geniş imkanlar mövcuddur. Bilirsiniz ki, ölkələrimizin dərin tarixi köklərə söykənən əlaqələri var. Böyük özbək şairi Əlişir Nəvai dahi Nizamini özünün ustadı hesab edirdi. Bizim münasibətlərimizi birgə fəaliyyət göstərən şura koordinasiya edir. 2017-ci ildən ötən müddətdə 150 qarşılıqlı səfər həyata keçirilib. 8 il ərzində qarşılıqlı ticarət dövriyyəsi 8 dəfə artıb. Sənayenin müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün səylər göstərilir. Daha bir sevindirici haldır ki, biz artıq birgə müəssisələrin yaradılmasına başlamışıq. Bütün bunlar Azərbaycanın malik olduğu potensial və strateji mövqe sayəsində mümkün olub. İki ölkə arasında yükdaşımaların həcmi 1 milyon tona çatıb. Bütün bunlar əlaqələrimizin daha da inkişaf etməsi üçün potensialın genişliyindən xəbər verir".

Oxşar xəbərlər

Fərid Şəfiyev: Azərbaycan-Özbəkistan əməkdaşlığı möhkəm təməllər üzərində inkişaf edir
KƏŞ rəsmisi: Azərbaycanla iqtisadi əməkdaşlığın artırılması üçün böyük potensial var
Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini: Azərbaycan Cənubi Qafqazda lider dövlətdir
Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Şavkat Mirziyoyev: Bu gün Azərbaycan yüksək sürətlə inkişaf edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər