Keniyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş ziyafət təşkil edilib
sizinxeber.az xəbər saytı

Keniyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş ziyafət təşkil edilib


Keniyada Azərbaycanın 28 May - Müstəqillik Gününə həsr olunmuş ziyafət təşkil edilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində paylaşım edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyanın Baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə birgə ziyafətdə iştirak edib.

Tədbirə həmçinin, hökumətin və parlamentin, diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri qatılıb.

C.Bayramov çıxışında Azərbaycanın 1991-ci ildə bərpa olunmuş müstəqilliyinə aparan yoldan, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sabit, suveren və dinamik dövlət quruculuğunda rolundan danışıb.

Keniya Afrikada əsas tərəfdaş kimi yüksək qiymətləndirilib, Azərbaycanın Nayrobidə səfirliyinin açılması ikitərəfli əməkdaşlığın yeni və mühüm mərhələsi kimi səciyyələndirilib.

Oxşar xəbərlər

Ceyhun Bayramov Keniyada Azərbaycan səfirliyinin açılışında iştirak edəcək
Azərbaycanın Keniyadakı səfirliyinin açılış mərasimi olub
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO
Azərbaycanın Keniyada səfirliyi açılıb
Ceyhun Bayramov Keniyanın Baş naziri Musalia Mudavadi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər