Netanyahu Azərbaycana İsrail-Türkiyə dialoquna təkan verilməsindəki roluna görə təşəkkür edib
sizinxeber.az xəbər saytı

Netanyahu Azərbaycana İsrail-Türkiyə dialoquna təkan verilməsindəki roluna görə təşəkkür edib


Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm.

"Report" xəbər verir ki, bu fikirlər İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda yer alıb.

"Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə HƏMAS-ın ötən il oktyabrın 7-də hücumundan sonra İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir", - məktubda, həmçinin bildirilir.

Oxşar xəbərlər

Netanyahu: İsrail - Azərbaycan münasibətləri dərin tarixi kökə malikdir
İsrail səfiri Azərbaycana təşəkkür edib
Pakistanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
Azərbaycanın İsrailə dəstəyi... - Tramp
Serbiya lideri Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər