Ceyhun Bayramov Keniya Respublikası Parlamenti Senatının sədri Amason Ceffa Kinqi ilə görüşüb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Keniya Respublikası Parlamenti Senatının sədri Amason Ceffa Kinqi ilə görüşüb


3 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamenti Senatının sədri Amason Ceffa Kinqi ilə görüş keçirib.

Nazirlikdən APA-ya bildirilib ki, görüşdə Azərbaycan və Keniya arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 il ərzində formalaşan münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər parlamentlərarası əməkdaşlığın, xüsusilə dostluq qrupları və komitələr səviyyəsində birbaşa təmasların təşviq edilməsinin əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağını vurğulayıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın çoxtərəfli platformalarda, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində Keniya ilə mövcud məhsuldar əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib.

Görüşdə Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və 2026-cı ildə keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) verilən önəm qeyd edərək, bu təşəbbüslərin qlobal gündəliyə göstərdiyi töhfə yüksək dəyərləndirilib.

Sonda tərəflər parlamentlərarası dialoqun daha da gücləndirilməsi və qarşılıqlı səfərlərin təşviqi vasitəsilə Azərbaycan-Keniya münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər

Ceyhun Bayramov Keniya Senatının Sədri ilə görüşüb - YENİLƏNİB
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO
Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yola düşüb
Ceyhun Bayramov Keniya Senatının Sədri ilə görüşüb
Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər