Ceyhun Bayramov BMT-nin Nayrobi ofisinin baş direktoru Zeynəb Hava Banqura ilə görüşüb
3 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində BMT-nin Nayrobi ofisinin baş direktoru Zeynəb Hava Banqura ilə görüşüb.
Nazirlikdən APA-ya bildirilib ki, görüşdə Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri, Afrika ölkələri ilə bağlı mümkün birgə təşəbbüslər, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.
Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tərəfdaşlığımızda xüsusi yer tutduğu, ölkəmizin dayanıqlı inkişaf gündəliyinin icrası istiqamətində könüllü şəkildə mütəmadi hesabatlar təqdim etməsinin bu istiqamətə verdiyimiz əhəmiyyətin göstəricisi olduğu qeyd edilib.
Afrika ölkələri ilə əməkdaşlığın irəlilədilməsinin xarici siyasət prioritetlərimizdən biri olduğu, bu istiqamətdə BMT çərçivəsində indiyədək bir sıra təşəbbüslərin həyata keçirildiyi və bu əməkdaşlığı davam etdirmək niyyətində olduğumuz bildirilib.
Ölkəmizdə keçirilən COP29 çərçivəsində qəbul olunan qərarların iqlim dəyişikliyi ilə mübarizədə maliyyə mövzusunun irəlilədilməsi baxımından əhəmiyyətindən bəhs olunub. Bu çərçivədə həmçinin BMT-nin Ətraf Mühit Proqramı ilə əməkdaşlıq məsələlərinə toxunulub.
Eyni zamanda, 2026-cı ildə ölkəmizdə keçiriləcək Ümumdünya Şəhər Forumu çərçivəsində BMT ofisi, xüsusilə də UN-Habitat ilə əməkdaşlıq planları nəzərdən keçirilib.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi keçmiş münaqişə, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri barədə ətraflı məlumatlandırıb.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Ceyhun Bayramov BMT-nin İnkişaf üzrə Əlaqələndirici Ofisinin regional direktoru ilə görüşüb
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Ceyhun Bayramov Norveç Krallığının beynəlxalq inkişaf naziri ilə görüşüb
Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
