Kanadanın General-Qubernatoru: Cənubi Qafqazda davamlı sülhün əldə olunacağına ümid edirik
sizinxeber.az xəbər saytı

Kanadanın General-Qubernatoru: Cənubi Qafqazda davamlı sülhün əldə olunacağına ümid edirik


Ölkəmiz Cənubi Qafqazda davamlı sülhün əldə olunacağına ümid edir və bu ümumi prioritet üzrə irəliləyişi təşviq etməyə sadiqdir.

"Report" xəbər verir ki, bu barədə Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda bildirilir.

Qeyd edilib ki, Kanada və Azərbaycan dövrümüzün ən aktual problemlərinin həllinə sadiqliyimizlə möhkəmlənmiş yaxşı ikitərəfli əlaqələrə malikdir.

"Kanada Azərbaycanla əlaqələrini, eləcə də fəal Azərbaycan-Kanada icması tərəfindən qurulan xalqlararası münasibətləri möhkəmləndirmək niyyətindədir. Kanada, həmçinin hamımız üçün daha parlaq gələcək istiqamətində fəaliyyətimizə imkan verən ümumi dəyərlərə - demokratiyaya, qanunun aliliyinə hörmətə və insan hüquqlarının qorunmasına əsaslanan əməkdaşlığı inkişaf etdirməkdə davam edəcəkdir".

Oxşar xəbərlər

Səfir: Kanada COP29 çərçivəsində Azərbaycanla əməkdaşlığa ümid edir
Paşinyan: Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq
Kanada Ukraynaya 305,7 milyon dollarlıq hərbi yardım göstərəcək
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda davam sülhün təmini üçün səylərini davam etdirəcək
Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər