Keniya Prezidenti: Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq
sizinxeber.az xəbər saytı

Keniya Prezidenti: Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq


Keniya prezidenti Uilyam Ruto Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu bu ölkəyə rəsmi səfəri çərçivəsində qəbul edib.

Bu barədə "Report" Keniya mediasına istinadən məlumat verir.

Görüş zamanı Keniya lideri Nayrobinin Bakı ilə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.

Onun sözlərinə görə, Keniya və Azərbaycan arasında münasibətlər Nayrobidə səfirliyin açılması ilə daha da möhkəmlənəcək, çünki diplomatik missiya "iki ölkənin əlaqələrinin çiçəklənməsi üçün təməli möhkəmləndirəcək".

"İki ölkə ticarət və investisiyalar, turizm, yaşıl enerji, mədən sənayesi daxil olmaqla bir sıra sahələrdə əməkdaşlıq imkanlarını araşdırır ki, bu da qarşılıqlı maraq doğurur və hər iki tərəfə fayda gətirəcək", - deyə o bildirib.

Xatırladaq ki, nazir Bayramov Keniyanın paytaxtında rəsmi səfərdədir. Əvvəllər o, keniyalı həmkarı Musaliya Mudavadi ilə danışıqlar aparıb, həmçinin bu ölkədə Azərbaycan səfirliyinin açılış mərasimində iştirak edib.

Əvvəllər bildirilmişdi ki, Azərbaycan naziri Keniya prezidentinə Azərbaycana dövlət səfərinə dəvət təqdim edib.

Oxşar xəbərlər

Keniya Prezidenti: "Bir kəmər, bir yol" çərçivəsində Çinin mühüm tərəfdaşı ola bilərik”
Keniya Prezidenti bir sıra nazirləri təyin edib
Keniya Prezidentinə çıxışı zamanı ayaqqabı atılıb
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO
Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yola düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər