
Bakıda elmi konfrans çərçivəsində "Müqavimət və dekolonizasiya" mövzusunda panel-müzakirə keçirilib

Bakıda elmi konfrans çərçivəsində "Müqavimət və dekolonizasiya" mövzusunda panel-müzakirə keçirilib
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə paytaxtda keçirilən "İmperial quruluş: Müstəmləkəçilik ideologiyaları və reallıqlar" mövzusunda beynəlxalq elmi konfransın "Müqavimət və dekolonizasiya" mövzusunda panel-müzakirə keçirilib.
APA-nın məlumatına görə, tədbirdə tanınmış alimlər, hüquq müdafiəçiləri, eləcə də BMT-nin müvafiq qurumlarında təmsil olunan aparıcı ekspert və hüquqşünaslar iştirak edib.
Panel mövzusu
Paneldə müasir müstəmləkəçilik meylləri və onların dəf edilməsi yolları müzakirə edilib. ADA Universitetinin dosenti Murat Özkaleli müstəmləkəçilik siyasəti, bu istiqamətdə mövcud nümunələr və digər aspektlər barədə məlumat verib.
Elmi sübutların önəmi
O deyib ki, analoji siyasətlə mübarizə üçün tutarlı elmi sübutlara ehtiyac var:
"Burada qlobal müstəmləkəçilik üzrə obyektiv statistikanın aparılmasının da mühüm önəmi. Statistik məlumatların toplanması ona görə önəmlidir ki, dünya ictimaiyyəti müstəmləkə şəraitində yaşayan xalqların məruz qaldığı zorakılıq hallarından məlumatlı olmalı, hər dəfə nə qədər qadının öldürüldüyünü, nə qədər insanın zorakılığa məruz qaldığını bilməlidir. Daha bir əsas məsələ ondan ibarətdir ki, toplanan sübutlar əksər hallarda bizim özümüzə qarşı istifadə edilir. Bizim haqlı olduğumuzu sübut etmək üçün atmalı olduğumuz addımlar var. Onların ən başlıcası bu məsələdə həqiqəti idarə etmək, zamanın öz lehimizə işləməsinə nail olmaqdan ibarətdir".
Əlcəzair universitetinin professoru Çakib Benhafrinin təklifi
Əlcəzair Universitetinin professoru Çakib Benhafri həssas ölkələri qlobal çağırışlara qarşı birləşməyə çağırıb: "Bu ona görə vacibdir ki, müstəmləkə ilə mübarizə yalnız vəhdət şəklində mümkün və daha effektivdir. Biz Cənub ölkələri bütün sahələrdə təcrübə mübadiləsinin aparılması üçün birlikdə hərəkət etməliyik. Bununla bütün dünyaya effektiv nümunə ola bilərik".
Fransız polineziyası universitetindən Lorens Rudolf Qonşorun fikirləri
Fransız Polineziyasında yerləşən Sakit okeanın cənub sahilində yerləşən universitetin baş müəllimi Lorens Rudolf Qonşor Azərbaycana müstəmləkə dövlətlərinin problemlərinə göstərilən diqqətə görə təşəkkür edib: "Biz bu diqqətdən çox məmnunuq. Belə bir Azərbaycan Prezidenti İlham Əliyevin COP29 zamanı söylədiyi nitqi xatırladıram. O müstəmləkə dövlətlərinin problemlərinə toxunmuşdu və auditoriyanın diqqətini bu problemə cəlb etmişdi".
Qlobal müstəmləkə siyasətinə qarşı mübarizə
Tədbirdə həmçinin qlobal səviyyədə müstəmləkə siyasətinə qarşı mübarizənin önəmi qeyd edilib və bu kimi addımlar pislənilib.