Bakıda kolonializmin ideologiyaları müzakirə olunub
sizinxeber.az xəbər saytı

Bakıda kolonializmin ideologiyaları müzakirə olunub


Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” adlı beynəlxalq elmi konfrans “Kolonializmin ideologiyaları” mövzusunda panel iclası keçirilib.

“Report”un məlumatına görə, Əlcəzair 2 Universitetində elmi-tədqiqat işləri üzrə rəhbər şəxs Çakib Benhafri çıxışı zamanı bildirib ki, Fransanın vaxtilə qana buladığı, müstəmləkəyə çevirdiyi ərazilərdən çıxması vacibdir.

Onun sözlərinə görə, Fransa tarixən Əlcəzairə yaxşı vədlər verib, ancaq əvəzində ölkə və xalq çox əzab-əziyyət görüb.

Milli Məclisin deputatı Nigar Məmmədova deyib ki, Azərbaycan ​​​​​müstəmləkəçiliklə mübarizədə vacib rol oynayır: “Bir azərbaycanlı kimi, bu mübarizədə Azərbaycanın rolunun da çox vacib olduğunu vurğulamaq istəyirəm. Bu mövzuda 10-dan çox beynəlxalq konfrans keçirilib”.

ADA Universitetinin dosenti Murat Özkaleli, öz növbəsində, qeyd edib ki, müstəmləkəçilik və onunla mübarizə yolları həm də dərs proqramına əlavə olunur və xüsusilə də universitet səviyyəsində öyrədilməlidir: “Bu yolla gənclərin məlumatlılığı artar və mübarizə yolları genişlənir.

BMT-nin Afrika ölkələrində Daimi Forumunun nümayəndəsi Cun Kristin Mari Sumer (June Christine Marie Soomer) hesab edir ki, tarixi silmək mümkün deyil, onu kağızlardan silsələr də, insanların yaddaşında yaşayır.

Foto: Məhəmməd Ağayev

Oxşar xəbərlər

ADA Universitetinin dosenti: Müstəmləkəçilik bir çox xalqları xəyal qurmaq imkanından məhrum edib
Əlcəzairli tədqiqatçı: İslam və miqrasiya məsələləri fransız cəmiyyətinə təhdid kimi təqdim olunur
Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda konfrans keçiriləcək
Əlcəzairli nümayəndə: Fransanın müstəmləkə və irqçilik siyasəti davam edir
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu elmdə müstəmləkəçiliyə qarşı mübarizəni davam etdirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər