Əlcəzairli nümayəndə: Fransanın müstəmləkə və irqçilik siyasəti davam edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2025
12:50

Əlcəzairli nümayəndə: Fransanın müstəmləkə və irqçilik siyasəti davam edir

03 in, 2025
12:50
778

Əlcəzairli nümayəndə: Fransanın müstəmləkə və irqçilik siyasəti davam edir

"Fransa tarixən minlərlə Seneqal və Əlcəzair əhalisinin qətlə yetirilməsində səbəb olub və öz imperializmini gücləndirmək üçün minlərlə Əlcəzairli gənci öz ordusuna cəlb edib. Bu yolla onlardan öz maraqları naminə yararlanıb".

APA xəbər verir ki, bunu Əlcəzair Universitetinin elmi-tədqiqat fəaliyyəti üzrə məsul əməkdaşı Chakib Benhafri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransda söyləyib.

O, Əlcəzairin 1000 ildir Fransanın müstəmləkə siyasətindən əziyyət çəkdiyinə toxunub:

"Fransa tərəfi eyni zamanda 100 minlərlə müsəlmanı istismara məruz qoyub. Siz həmçinin tarixdə Fransa prezidenti Nikolya Sarkozi və hazırkı dövlət başçısı Emmanuel Makronun müstəmləkə şəraitində yaşatdıqları xalqlar əleyhinə fikirlər söylədiyinin şahidi ola bilərsiniz. Fransanın tarixi və mədəniyyəti müstəmləkə elementləri ilə zəngindir. İkinci Dünya müharibəsi dövründə Fransanın müstəmləkəçiliyinə dəstək verən dövlətlər də mövcud olub. Rəsmi Parisin müstəmləkə və irqçilik siyasəti indiyədək davam edir. 2030-cu ildə Əlcəzairin Fransanın müstəmləkəsinə çevrilməsinin 1000 ili tamam olacaq. Bu o deməkdir ki, Əlcəzair 1000 ildir Fransanın müstəmləkə siyasətindən əziyyət çəkir. Əlcəzair, Mərakeş və Tunisin təhsil sistemi, xüsusilə də ali təhsil proqramları Fransa tərəfindən tənzimlənir və tətbiq olunur. Bununla rəsmi Paris göstərmək istəyir ki, Afrika kontinenti bilavasitə onun nəzarətindədir".

Bizimlə əlaqə saxlayın