Əlcəzairli tədqiqatçı: İslam və miqrasiya məsələləri fransız cəmiyyətinə təhdid kimi təqdim olunur
İslam və miqrasiya haqqında danışanda, bu məsələləri fransız cəmiyyətinə açıq bir təhlükə kimi təqdim olunur.
“Report” xəbər verir ki, bu barədə Əlcəzair 2 Universitetində elmi-tədqiqat işləri üzrə rəhbər şəxs Çakib Benhafri (Chakib Benhafri) Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda danışıb.
O qeyd edib ki, tarixçilər və beynəlxalq hüquqşünaslar Əlcəzairin tarixi haqqında danışanda həmişə bu ölkədə aparılan müharibəyə toxunublar:
“Heç vaxt başqa bir başlıq eşitməmişəm. Elə bir dövr var idi ki, fransız mediası müəyyən obraz yaradır və həmin obrazla çatdırmaq istədiyi fikirləri təqdim edirdi. O təsvirlərdə Afrika haqqında müsbət elementlərə yer verilmirdi. Bu gün də elə göstərirlər ki, sanki Fransa olmsa, Afrika heç vaxt dəyişə və inkişaf edə bilməz".
Tədqiqatçı Fransanın öz siyasətinin təbliğinə böyük pullar ayırdığını vurğulayıb:
"Biz keçmiş müstəmləkələrin dördüncü və ya beşinci nəsli olaraq, Fransada doğulub-böyümüşük, bu ölkənin siyasətini aydın şəkildə görə bilirik. Fransa hər zaman öz siyasətinin təbliğatı üçün böyük pullar sərf edərək “sivilizasiya missiyası” adı altında Afrikaya yönəlmiş addımlar atıb. Bu baxış hələ də dəyişməyib".
Oxşar xəbərlər
Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda konfrans keçiriləcək
Dominik Monte: Fransa hakimiyyəti Fransız Qvianasında kreol dilini sıxışdırır
BMT nümayəndəsi: Afrika xalqları bu gün də tarixi zülmün nəticələri ilə üz-üzədir
BTQ Cenevrədə Fransanın müstəmləkəçilik siyasətinin ifşasına həsr olunan konfrans keçirəcək
Abdarahman Von: Afrika ölkələri Fransanın müstəmləkəçilik siyasətinin əsas qurbanlarıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
