Professor: Qarabağdakı qələbə ilə regional dəhlizlər məsələsi yeni strateji mərhələyə yüksəlib
Qarabağ zəfəri ilə Türkiyənin də regionda güc qazanması bəzi qüvvələrin narahatlığına səbəb olub, Türk dövlətlərini isə bir-birinə daha da yaxınlaşdırıb.
APA-nın məlumatına görə, Türkiyə İqtisadi Siyasətləri Araşdırma Vəqfi Orta Şərq və Orta Asya İnstitutunun rəhbəri, professor Hilmi Demir “Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda keçirilən dəyirmi masada bu mövzuda fikirlərini bölüşüb.
O vurğulayıb ki, Qarabağda Azərbaycanın qazandığı haqlı qələbə ilə regional dəhlizlər məsələsi yeni strateji mərhələyə yüksəlib:
“Türk dünyası məhz bu zəfərdən sonra diqqət mərkəzində yer alıb. Orta Asiyanı sadəcə mövcud beş ölkə ilə dəyərləndirmək heç də doğru deyil. Bu, hər bir kəs üçün aşkardır. Türkiyənin Orta Asiya ilə bağlı siyasəti məhz Qarabağdakı qələbədən sonra sürətlə yeni mərhələyə çatıb. Türkiyə məhz müdafiə sənayesi sektorunun önəmli aktoruna çevrilib.
O, ölkəsinin Qafqaz regionundan Xəzər hövzəsi ilə Orta Asiyanın ayrılmaz hissəsi statusunu qazandığını bəyan edib:
“Onu da bildirmək istəyirəm ki, Qarabağda qazanılan qələbə ilə ölkəmizin bölgədə gücə sahib olması bir sıra qüvvələrin narahatlığına səbəb olub. İndiki dövrdə Xəzər regionda önəmi artan yeni diqqət mərkəzi səviyyəsindədir. Bununla belə Rusiya ilə Ukrayna arasında davam edən müharibənin naməlum taleyi mövcud problemlərin həllini naməlum edir. Türkiyənin bir güc olaraq bölgədə mövcudluğunun sabotaj edə biləcək bir qüvvənin isə İran olduğu bəllidir. Bu dövlət Rusiya da daxil olmaqla, İran Xəzər hövzəsindəki mövqelərini itirmək təhlükəsi ilə asanlıqla razı olmayacaq".
Oxşar xəbərlər
Türkiyəli professor: Qarabağ zəfəri türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırıb
Fərid Şəfiyev: Azərbaycan və Türkiyə arasında hər hansı problem yoxdur
Damla Taşkın: Laçından verilmiş birlik mesajları geosiyasi təhdidlər fonunda çox vacibdir
Türkiyəli professor: Ölkələrimiz kriptologiya sahəsində yeni texnologiyaları inkişaf etdirməlidir
Türkiyənin XİN başçısı: Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
