Türkiyəli professor: Qarabağ zəfəri türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırıb
Qarabağ zəfəri türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə İqtisadi Siyasətləri Araşdırma Vəqfi Orta Şərq və Orta Asya İnstitutunun direktoru, professor Hilmi Demir “Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda keçirilən dəyirmi masada danışıb.
O qeyd edib ki, Qarabağ zəfəri ilə təbii sərvətlər, həmçinin dəhlizlər məsələsində yeni mərhələyə qədəm qoyulub:
“Bu qələbə yersiz qorxuların aradan qalxmasına yol açıb. Bununla da Türk dünyası diqqət mərkəzinə düşüb. Orta Asiyanı sadəcə, mövcud beş ölkə ilə dəyərləndirməyin doğru olmadığı artıq hər kəsə məlumdur.
Qarabağ zəfəri ilə Türkiyənin Orta Asiya ilə bağlı siyasəti sürətlə sözdən əmələ keçir. Qələbə türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırıb. Türkiyə isə xüsusilə müdafiə sənayesi sahəsində regionda aparıcı aktora çevrilib”.
Professor hesab edir ki, Türkiyə Azərbaycanın Qarabağ zəfəri sayəsində Qafqaz üzərindən Xəzər hövzəsi ilə Orta Asiyanın ayrılmaz parçasına çevrilib:
“Orta Asiya ilə Xəzər regionu üzrə əməkdaşlıqlarda Türkiyənin iştirakı aktivləşib. Bununla belə, Qarabağ zəfəri nəticəsində Türkiyənin bu regionda təsir imkanlarını artırması bəzi qüvvələri ciddi şəkildə narahat edib.
O baxımdan, yaxın gələcəkdə bölgə burada nüfuz uğrunda mübarizə aparanların meydanına çevrilə bilər. Hazırda Xəzər hövzəsinə yönəlik diqqət əhəmiyyətli dərəcədə artıb. Lakin Rusiya-Ukrayna müharibəsinin gələcəyinin naməlum olması problemlərin həllini də qeyri-müəyyən edir".
Oxşar xəbərlər
Damla Taşkın: Türk dünyasının birləşməsini istəməyən qüvvələr var
Türkiyəli nazir: Qarabağ zəfəri bütün Türk dünyasının zəfəridir
Binəli Yıldırım: Azərbaycanın Qarabağ zəfəri türk dünyasında böyük stimul verdi
Tahir Mirkişili: "Orta Dəhlizin sabitliyi türk dünyasını qlobal iqtisadi sistemin əsas oyunçularından birinə çevirir"
Türkiyə lideri: Qarabağ zəfəri Azərbaycanı daha da güclü etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
