Belqradda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə Belqrad şəhərində rəsmi qəbul keçirilib.
“Sizinxeber.az”un məlumatına görə, tədbirdə Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç Handanoviç əsas qonaq qismində iştirak edib. Bundan əlavə, müdafiə naziri Bratislav Qaşiç, idman naziri Zoran Qayiç, ailə rifahı və demoqrafiya naziri Yelena Jariç Kovaceviç, beynəlxalq iqtisadi əməkdaşlıq və kilsənin ölkədə və xaricdə sosial mövqeyinə cavabdeh olan portfelsiz nazir Nenad Popoviç, XİN-in dövlət katibi Damyan Yoviç, Mədəniyyət Nazirliyinin dövlət katibləri, Serbiya Milli Assambleyasının sədr müavini Edin Cerlek, Serbiya-Azərbaycan parlamentlerarası dostluq qrupunun rəhbəri Duşan Mariç və üzvləri, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz tədbirdə iştirak ediblər.
Səfir Kamil Xasiyev çıxış edərək, 28 May – Müstəqillik Gününün Azərbaycanın dövlətçilik tarixində ən parlaq və unudulmaz günlərdən biri olduğunu qeyd etmiş, 107 il bundan əvvəl, 28 may 1918-ci il tarixi “İstiqlal bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə və bütün müsəlman dünyasında, ilk parlament tipli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən bəhs edib.
Səfir, son illərdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq və səmimi dostluq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini, bu münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik əsasında qurulduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Belqradda Serbiya Prezidenti ilə görüşəcək
Dubravka Djedoviç: “Serbiya bu qış Azərbaycandan qaz nəqlinin artırılması ilə enerji təhlükəsizliyini gücləndirəcək”
Serbiyalı nazir əmin edib ki, Belqrad heç vaxt NATO üzvü olmayacaq
Dubravka Cedoviç: "Azərbaycan qazının Serbiyaya əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq"
Rumıniya-Serbiya Qaz İnterkonnektorunun tikintisinə dair memorandum imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
