Türkiyə Prezidenti: Azərbaycanla ərzaq təminatı sahəsində daha sıx əməkdaşlıq etmək istəyirik » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
may
2025
14:50

Türkiyə Prezidenti: Azərbaycanla ərzaq təminatı sahəsində daha sıx əməkdaşlıq etmək istəyirik

29 may, 2025
14:50
583

Türkiyə Prezidenti: Azərbaycanla ərzaq təminatı sahəsində daha sıx əməkdaşlıq etmək istəyirik

Türkiyə Azərbaycanla ərzaq təminatı sahəsində daha sıx əməkdaşlıq etmək istəyir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“İnanıram ki, bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatına üzv olan digər qardaş ölkələrimiz üçün də bir siqnal olacaq. Artıq tədarükümüz çox olan məhsullarda qardaş ölkələrə üstünlük verəcəyik. Birlikdə daha çox istehsal edib daha çox paylaşacağıq və gələcəyə daha möhkəm addımlayacağıq”, - Türkiyə Prezidenti əlavə edib.

Bizimlə əlaqə saxlayın