Tofiq Zülfüqarov: Trampın məktubu ABŞ-ın Azərbaycanla münasibətləri inkişaf etdirməyə hazır olduğunu göstərir
ABŞ Prezidenti Donald Trampın 28 may Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı məktub ABŞ-ın Azərbaycanla münasibətləri inkişaf etdirməyə hazır olduğunu göstərir.
Bunu APA-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ
Tofiq Zülfüqarov deyib ki, keçmiş Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətləri çox gərgin olub: “İndi üzə çıxır ki, Co Bayden özü bu məsələlərlə məşğul olmayıb, ətrafında ermənipərəst mövqedə olanlar ABŞ-Azərbaycan münasibətlərini böhranlı vəziyyətə gətirib çıxarıb. Prezident İlham Əliyev buna qiymət verərək demişdi ki, Azərbaycan-ABŞ münasibətləri heç vaxt belə səviyyədə olmayıb. Donald Tramp prezident seçiləndən sonra, xüsusən son aylar görürük ki, ABŞ-ın hazırkı administrasiyası digər məsələlərlə sıx məşğul olmasına baxmayaraq, Azərbaycanla münasibətlərdə qarşılıqlı müsbət mesajlar müşahidə edilir. Azərbaycan da istəyir ki, münasibətlərdəki böhranlı dövr tam arxada qalsın və iki ölkə arasında əməkdaşlıq, uzun tarixə malik tərəfdaşlıq daha da inkişaf etsin”.
Əməkdaşlıq sahələri
Tofiq Zülfüqarov qeyd edib ki, Donald Tramp məktubunda Azərbaycanla əlaqələri, terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi sahələrində ABŞ-la tərəfdaşlığı yüksək qiymətləndirib: “Azərbaycan da bu sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə hazırdır, ABŞ-ın da əməkdaşlığı genişləndirməyə, inkişaf etdirməyə hazır olduğunu görürük. Ona görə də bu məktub yüksək qiymətləndirilməlidir”.
Sülh prosesi və ABŞ-ın rolu
Sabiq xarici işlər naziri Donald Trampın Azərbaycan və Ermənistan arasında sülhə dair fikirlərinə də toxunub: “Azərbaycan Ermənistanla sülhün tərəfdarıdır. Rəsmi Bakı sülhün təşəbbüskarıdır. Məhz Azərbaycan Ermənistana sülh sazişinin ilkin versiyasını təqdim edib və bu, hazırda danışıqların, sülh prosesinin bünövrəsini təşkil edir. Donald Trampın məktubundan görünür ki, ABŞ bu mövqeni yüksək qiymətləndirməklə yanaşı, sülh prosesinə dəstəyini ifadə edir”.
Oxşar xəbərlər
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev və Donald Tramp arasında telefon danışığı baş tutub
Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - YENİLƏNİB
Şimali Koreya lideri Prezident İlham Əliyevi təbrik edib
Donald Tramp Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
