Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan bayrağının rənglərinə bürünmüş işıq şousu təşkil olunub.
Şəhərin iki tanınmış memarlıq simvolu – Tbilisi televiziya qülləsi və Kür çayı üzərində yerləşən “Sülh körpüsü” mavi, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.
Aksiya Azərbaycanın milli bayramına dost Gürcüstanın diqqət və ehtiramının bir göstəricisi kimi dəyərləndirilib.
Qeyd edək ki, bu cür işıqlandırma Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə ardıcıl olaraq bir neçə ildir həyata keçirilir və yerli ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Oxşar xəbərlər
Ankaranın Esterqon qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Tbilisidə “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
İstanbulun Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
İstanbuldakı Qalata qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb
Belarus Milli Kitabxanası Müstəqillik Günü münasibətilə Azərbaycanın üçrəngli bayrağının rənglərinə boyanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
