Nyu-Yorkda 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı ucaldılıb
ABŞ-nin Nyu-York şəhərində ənənəvi olaraq bu il də 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağı şəhər səmasında dalğalanıb.
“Sizinxeber.az”un ABŞ bürosunun məlumatına görə, tədbir Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi, Azərbaycan-Amerika Gənclər Federasiyası və Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.
Mərasimdə Nyu-York və ətraf ştatlardan olan Azərbaycan diasporunun fəalları, tələbələr və Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin diplomatları iştirak ediblər.
Üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı, dövlət himninin sədaları altında Nyu-York şəhərinin simvollarından biri olan və maliyyə mərkəzi kimi tanınan “Wall Street”də, “Bowling Green” parkında yerləşən nəhəng bayraq dirəyində ucaldılıb.
Tədbir iştirakçıları Azərbaycan musiqilərinin müşayiəti ilə rəqs edib, bu əlamətdar günü böyük coşqu ilə qeyd ediblər. Meydanı ziyarət edən turistlər Azərbaycan bayrağı ilə şəkillər çəkdiriblər.
Oxşar xəbərlər
Nyu Yorkda Azərbaycan bayrağı qaldırılıb
Gürcüstanda dövlət bayrağı günü qeyd olunur
Peter Mixalko Azərbaycanı təbrik edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Nyu-Yorkda təhsil alan tələbələrlə görüşüb
Koreya Prezidenti Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
